Azərbaycan Prezidentinin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atasını prezident seçkisinin qalibi olması münasibəti ilə sosial şəbəkə vasitəsi ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, Leyla Əliyeva həmçinin doğru seçim etdiklərinə görə, Azərbaycan seçicilərinə də təşəkkür etməyi unutmayıb:

"Sevimli prezidentimizi və əziz atamı təbrik edirəm. Hamınıza təşəkkürümü bildirirəm, xoşbəxtlik, cansağlığı və xeyirli günlər arzulayıram".

BAKU.WS