SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
 
BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda 1-3, gündüz 9-11 dərəcə isti olacaq.
 
Dekabrın 8-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, axşam şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava şəraitinin dəyişəcəyilə bağlı xəbərdarlıq edib. Xəbərdarlqıda bildirilir ki, ölkənin bir çox ərazilərinə qar və sulu qar yağacaq.

"Dekabrın 9-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəratinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək", - deyə xəbərdarlqıda bildirilir.

BAKU.WS