SİZİN REKLAM BURADA!
055 213 76 73



Facebook, saxta profillərin qarşısını almaq və insanların yazdıqlarının məsuliyyətini dərk etmələri üçün maraqlı addım atıb.
 
BAKU.WS məlumat verir ki, Facebook rəhbərliyi İsis, Avatar və Fermuar (Zıp) adlarının istifadəsinə məhdudiyyət qoyub. Sosial şəbəkə istifadəçiləri bu adlardan başqa bütün adlardan istifadə edə bilərlər. Yalnız bu adlar həmin insanların şəxsiyyətini təsdiq edən sənəddə qeyd olunan adla eyni olmalıdır. 
 
Facebook rəhbərliyi qadağa olunan adlardan İsis adının İŞİD-lə yaxın mənada olduğunu əsas gətirirlər. Avatar adı isə film adı olduğu üçün saxta ad kimi istifadə olunmasına icazə yoxdur.
 
İsis adlı bir qadın Facebooka şəxsiyyətini təsdiq edən sənədi göndərməsinə baxmayaraq profilinin yenə bağlı saxladıqlarından şikayətlənib. O bildirib ki, adını dəyişmək fikri yoxdur və facebookun bu addımını qeyri-peşəkarlıq adlandırıb.
 
Zip adlı qadın isə Facebookda çalışmasına baxmayaraq bu adla hesab açmağına icazə verilmədiyini deyib. 
 
ABŞ-da yaşayan Avatar adlı orta yaşlı kişi hesabının bağlandığını, şəxsiyyət vəsiqəsinin şəklini göndərdikdən sonra yenidən aktiv edildiyini bildirib.  
 
Facebook rəhbərliyi isə bildirib ki, gələcəkdə adlarla bağlı daha kəskin qərarlar veriləcək. Məqsəd isə saxta kimliklə facebookdan istifadənin qarşsını almaqdır. İnsanlar artıq məsuliyyətlərini dərk etsinlər, saxta profillərlə başqalarını təqib edə bilməsinlər. 
 
Ayşən Ayxan
BAKU.WS