SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə aprel şəhidi Elnur Əliyevin oğlu Elvin Əlizadənin ürək sızladan videosu yayılıb.

BAKU.WS
xəbər verir ki, video Space TV-də yayımlanna verilişdən bir hissəni əks etdirir. E.Əlizadə atasının yarımçıq qalmış arzularını yerinə yetirmək istəyir.

“Onunla söhbət etmək istəyirəm. Deyirəm bəlkə o mənim səsimi eşitdi. Deyirəm ki, “ata, səni yuxuda görmək istəyirəm. Sənin arzuların var, istəyirəm onları yerinə yetirim. İstəyirəm həmin arzuları mənə deyəsən. İstəyirəm ki, sənin arzuların ürəyində qalmasın. Onları yerinə yetirim”, - deyə E.Əlizadə bildirib.

Qeyd edək ki, Elnur Əliyev 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin alınması zamanı şəhid olub. O, özünü atılan qumbaranın üstünə atıb və əsgərlərinin həyatın; xilas edib. Elnur Əliyev sözün əsl mənasında qəhrəmanlıq edib, öz həyatı bahasına çox sayda əsgəri xilas edib.

BAKU.WS