SİZİN REKLAM BURADA!
055 213 76 73



"Sözün əsl mənasında ölüb dirildim mən!" Bu sözlər bu gecə ölüm xəbəri yayılmış tanınmış teleaparıcısı Afət Rahilqızına məxsusdur.

BAKU.WS
xəbər verir ki, ARB telekanalının aparıcısı sosial şəbəkələrdə yayılmış ölüm xəbərinin düşmənləri tərəfindən yaradılmış şayiə olduğunu bildirib:

"Saytlara maraqlandıqlarına görə təşəkkür edirəm! Qohumlarım, iş yoldaşlarım, dostlarım, sizdən üzr istəyirəm, bu yalan xəbəri yayan insana görə! O “insana” isə demək istəyirəm ki, ayıb olsun sənə! Nə istəyirsiz məndən axı?

Əsəbiyəm və stress içindəyəm. Əlim-ayağım əsir. Gecənin bu saatında eşitdiklərimdən şokdayam. Dostlarımdan ayrılıb evimə gəlib yatmışam. Evdə işıqlar sönüb, mən də telefonu söndürüb yatmışam. Ölüm yuxusuna getməmişəm ki. Mənim ölüm xəbərimi yazan hər kimdirsə, kim onu sifariş edibsə, onu bu müqəddəs günlərə tapşırıram. İndiyədək heç kimə pisliyim dəyməyib. Axı mən kimə neyləmişəm?!

Məni tapmaq istəyənlərdən çox xahiş edirəm, yalvarıram, səhifəmə girib qohumlarımı tapın. Onlarla əlaqə saxlayın, sonra belə bir xəbəri yayın.  ".

Zulfiyyə Qurbanova
BAKU.WS