SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin "Hürriyət” saytı Azərbaycan mahnıları ilə bağlı yazı dərc edib.  

BAKU.WS məlumat verir ki, "Cem Yılmaz "Neyləyək” dedi, gözlər Azərbaycan mahnılarına çevrildi – Ən gözəl 10 mahnı” başlıqlı yazıda türklərin ən çox sevdiyi və dinlədiyi Azərbaycan mahnıları qeyd olunub. Yazını olduğu kimi təqdim edirik:

"Azərbaycan dili türk dilinə yaxın dil olduğu üçün, hər zaman bu dilə qarşı xüsusi bir sevgi duymuşuq. AZTV-nı açıb, verilişləri, filmləri izləməkdən zövq almışıq. "Ali baba və 7 cücələr” filmində Zafer Algözün canlandırdığı Kənan Mahmudov obrazında da bu sevginin haqsız yerə olmadığı ortaya çıxdı. Filmin ən gülməli anı Kənan Mahmudovun düşməni Boris Mançovla görüş səhnəsidir. İradə İbrahimovanın "Neyləyək” mahnısını oxuyaraq atışan səhnəsi Yeşilçamda ilk və təkdir. Bundan sonra Azərbaycan mahnıları bir daha gündəmə gəldi. Biz də araşdırma apardıq, ən çox dinlənilən Azərbaycan mahnılarını və ifaçılarını yığdıq.
 
Əvvəl Zafet Algöz və Cem Yılmazın birgə oynadığı o səhnəni bir də xatırlayaq:

 
Mahnını bir də sahibin səsində dinləyək.
 
İradə İbrahimova - Neyləyək
 
 
Digər ən çox dinlənən mahnılar isə bunlardır:
 
Azərbaycanın Ziynet Salisi, Günay İbrahimli - Dəlisiyəm gecənin 

 
Rauf - Münasibət 40 dərəcə
 
 
Hər şeyiylə mükəmməl bir mahnı, Polad Bülbüloğlu və Şəbnəm Fərah dueti: Gəl Ey Səhər
 
 
Süleyman Lökbatanlı və Aydın Sani dueti: Məni axtar darıxanda
 
 
Ceyla - Unuduram.. Xüsusilə Ceylanın telefonda gözyaşları içərisində isyan etdiyi hissəsini dinləməyə dəyər. 

 
Azərbaycanda həzin musiqi deyincə ağıla gələn ilk adlardan və ölkəsini Eurovisionda da təmsil edən Dilara Kazımova gəlir.
 
Dilarə Kazımova - Alev gibi
 
 
"Cibdə varsa pul, life is wonderful"... Azərbaycanda sağlam rep deyən tək-tük qruplardan biri Dəyirman qrupudur. 
 
Dəyirman feat Elnarə Xəlilova - Cibdə varsa pul
 
 
90-cı illərin ölkəmizdə də tanınan və sevilən qruplarından biri "Yuxu" qrupu və "Sən Məni Aldattın" adlı rok stilindəki mahnısı..
 
 
Röya feat Xəyya -  Sənə ehtiyacım var

 
Bundan başqa, burada adını qeyd etmədiyimiz Sevda Yahyayeva, Ədalət Şükürov, Aysel Teymurzadə, Müslüm Maqomayev, Xatirə İslam, Fərid Məmmədov və başqa sənətçilər də var ki, Türkiyədə çox sevilir və dinlənir. 
 
Zaman-zaman bizim sənətçilər də Azərbaycan mahnılarını ifa ediblər. Onlardan bir neçəsini təqdim edirik:
 
Cem Adrian - Ay qız 

 
Bengü -  Gəl-gəl

 
Bir zamanlar dillərdə dastan olan bir neçə mahnıya imza atan bu qızı tanıdınız?
 
Günel Zeynalova - Her şeye değer

 
Sənət dünyası Güneli, Bürc Esmersoyun klipində oynadığı "Didem" mahnısı ilə tanımışdı".
 
Günel Zeynalova - Didem

 
Ayşən Ayxan
BAKU.WS