SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

BAKU.WS