SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bayramdan qorxub-eləməmişəm”. Efirlərdə ekstrasens kimi təqdim olunan Bayram Nurlunun həbslə hədələdiyi kulturoloq Aydınxan Əbilov belə deyib.

BAKU.WS
-in məlumatına görə, aparıcı Rövşanə Ağasəfqızının ARB-də yayımlanan "Sirdaş Rövşanə" verilişində ekstrasens və kulturoloq arasında yaşanan qalmaqal böyük rezonans doğurub.

Verilişdə kulturoloq Aydın Xan Əbilovun ekstrasensləri fırıldaqçı adlandırması B.Nurlunu qəzəbləndirib: “Fırıldaqçı sizsiniz! Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm. Şərəf və ləyaqətimi 100 min manata siğortalamışam”.

Aparıcı Rövşanə Ağasəfqızı qonaqları sakitləşdirməyə çalışsa da alınmayıb. B. Nurlu qışqırıb, hay-küy salaraq telefonunu istəyib, polisə zəng edəcəyini deyib: “Deyəcəm indi gəlib səni götürəcəklər. Bu sözə görə ondan 100 min alacam, görəcəksiniz”.

"Falçılıqla yanaşı, səs-küyü ilə də dillər əzbəri olan Bayram Nurlu da Azərbaycan vətəndaşıdır. Yanlış yolda olsa da, onu tənqid etmək, mənim kimi kəskin ifşa etmək olsa da, təhqir etmək, şəxsiyyətini alçaltnaq olmaz. Bəli, yenə təkrarlayıram; Bayram hələ üzdə olan, manıstipli fırıldaqçıdır, fəqət, cəmiyyətdə xərçəng xəstəliyinə çevrilən N sayda "vergili" dələdüzlərlə doludur ki, insanlarımızın Novruzəliliyindən/Fatmanisəliyindən istifadə edib varlanırlar. 

Cinayət Məcəlləsində falçılıqla bağlı müddəalar var, hüquq-mühafizə orqanları dərhal həmin insanları məsuliyyətə cəlb etməlidir. Amma Bayramın məni məhkəməyə verəcəyinə inanmıram. Versə də, onun kimi ”vergili” insanlarla mübarizəmi dayandırmayacam".

Zülfiyyə Qurbanova
BAKU.WS