SİZİN REKLAM BURADA!
055 213 76 73



Müdafiə nazirinin tapşırığına əsasən mayın 8-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolu, onun döyüşlərdə iştirakını bir daha xatırlayıblar. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz vətəni bilib, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən A.Aqarunov cəbhəyə yollanıb və 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

BAKU.WS