Nazir əmr verdi: Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış
08
may
2016
13:48
Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.
BAKU.WS-in məlumatına görə, mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib.
Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr (FOTO)
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib....