Estetik əməliyyatları ilə rekord vuran tanınmış müğənni Ajda Pekanın son keçirdiyi əməliyyat uğurlu nəticə verməyib.
 
BAKU.WS məlumat verir ki, son əməliyyatdan sonra sənətçinin ağzı bağlanmır. Buna görə Pekan jurnalistlərə yaxından şəkil çəkməmək üçün xəbərdarlıq edib.

Ötən gün Mehmet Ali Erbilin, Cem Yılmazın da olduğu proqrama qatılan sənətçinin narafat olduğu diqqətdən yayınmayıb. Üz ifadəsi dəyişən və ağzını bağlamaqda çətinlik çəkən 69 yaşlı müğənninin qəribə hərəkətləri izləyiciləri də təəcübləndirib. 
 
Başından 20-dən çox estetik əməliyyat keçirən superstarın bu halını görən qonaqlar "Vurur üzə ifadəsi, çox gərgindir bitanesi" deyərək zarafat ediblər.
 
Sonradan sənətçinin əməliyyatdan sonra belə olduğu məlum olub.
 
BAKU.WS