SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS horoscopes.ru-ya istinadən 18 aprelin bürclərini təqdim edir:

Qoç - Ulduzlar axşama qədər cari işlərlə məşğul olmağı məsləhət görür. Yeni işlərə başlamasanız yaxşıdır. Axşam yeni ideyalar gələcək. Yeni tanışlıq, gözlənilməz görüş gözlənilir.

Buğa – Günün əsas hissəsini şəxsi ehtiyaclarınıza həsr edə bilərsiz. Aktiv həyatdan uzaqlaşıb, yalnız öz əhval-ruhiyyənizin ardınca gedə bilərsiz. İstisna deyil ki, tənbəllik günün əsas şüarı ola bilər. Bu gün komforta, stabilliyə üstünlük verəcəksiz. Axşam maraqlı xəbərlər alacaqsız və bu xəbərlərə necə reaksiya verəcəyinizi bilməyəcəksiz.

Əkizlər – Hadisələrin ləng gedişatı ilə barışmalı olacaqsız. Fasilədən istirahət və gücünüzün bərpası üçün istifadə edə bilərsiz. Bütün ən maraqlı hadisələr axşam baş verəcək. Zənglər və mesajlar axını olacaq. Xəbərlər gözlənilməz və çox cəlbedici olacaq..

Xərçəng - Günün başlanğıcı dəyişikliklər vəd vermir. Axşam alacağınız xəbərlər sizi təəccübləndirə bilər. Özünüzü qeyri-adi informasiya mühitində tapa bilərsiniz. Xəbərlərdən biri sizdə gizli maraq oyadacaq. Lakin bugünkü qeyri-sabit məlumatlar əsasında planlar qurmayın.

Şir - Günün ilk yarısında imic və davranışlarınızda dəyişikliyə ehtiyac var. Axşam saatlarında rahatlanmaq şansınız olacaq. Axşam alacağınız xəbər itirilmiş mövqeyinizi qaytarmaq imkanı vəd edəcək.

Qız - Səhər saatlarında əhəmiyyətli işlərlə məşğul olsanız yaxşıdır. Günün sonunda alınan məlumatlar karyeranız üçün vacib ola bilər. Bu müdrik bir ipucu və ya orijinal təklif ola bilər.

Tərəzi - Günün sonu məlumatlarla zəngin olacaq. Xaricdən gələn xəbərdə əməkdaşlıq, evlilik şansı ola bilər. Bunun nəticəsində səyahət və danışıqlar gözlənilir.

Əqrəb - Günün ilk yarısında digər insanların əhvalına diqqət yetirməlisiz. Planlarınızın həyata keçirilməsi başqasının mövqeyindən asılı ola bilər. Günün sonundaki yeniliklər, xüsusilə söz-söhbətlərin sizə aid olmadığını düşünəcəksiz, ancaq bu tamamilə doğru deyildir. Diqqətli olun.

Oxatan – Günün birinci yarısında məişət və maliyyə məsələlərinin həllinə sərf etmək məsləhət görülür. Gündəlik işləri axşama saxlamaq lazım deyil. Çünki günün sonunda prioritetlər dəyişə bilər. Sizi danışığa və ya tədbirə dəvət edə bilərlər.

Oğlaq – Günün birinci yarısında istirahət imkanı əldə edə bilərsiz. Əgər gücünüz tükənibsə, şəxsi həyatınıza və ya yaradıcılığınıza vaxt ayırın. Günün sonunda diqqətiniz ailə və xidməti xəbərlər diqqətinizi çəkəcək.

Dolça - Günün başlanğıcı ətalətlə xarakterizə ediləcək. Əgər bu vəziyyət sizə uyğun gəlmirsə, ulduzlar axşamı gözləmək məsləhət görülür. Günün sonunda maraqlı əlaqələr, vəziyyətin dəyişdirilməsi üçün şərtlər olacaq.

Balıqlar - Günün ilk hissəsi Balıqlar üçün daha rahat, sakit proqnozlaşdırılır. Lakin günün ikinci yarısı daha maraqlı olacaq. Axşam vəziyyət gözlənilməz istiqamətdə dəyişə bilər.

Zülfiyyə Qurbanova
BAKU.WS