SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda Facebook sosial şəbəkəsində istifadəçilər ciddi problem yaşayır.


BAKU.WS-in xəbərlər.az saytına istinadən verdiyi məlumata görə, dünən axşamdan etibarən bu sosial şəbəkədə istifadəçilər üçün təhlükəli virus yayılıb. Viruslar özünü əsasən pornoqrafik materiallarda və istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların mesaj qutularında qruplara əlavə edilmələrində özünü göstərir.

Facebook-da şəxsi mesaj bölməsinə digər dostlardan virus linkləri gəlir. Belə ki, sizin mesaj qutunuza bildiriş gəlir ki, dostlarınızdan biri qrup yaradıb və sizi də həmin mesajlaşma qrupuna əlavə edib. Lakin dostlarla maraqlananda bu qrupun onlar tərəfindən yaradılmadığı məlum olur.

Onlar da məsələnin nədən qaynaqlandığını dəqiqləşdirə bilmirlər.

Qeyd edək ki, bu günə qədər Facebook-da belə problemlər tez-tez yaşanırdı. Amma bu qədər kütləvi formada virusların yayılması ilk dəfədir.

Hazırda da bizim də mesaj qutumuza dayanmadan müxtəlif dostların hesablarından virus linki gəlir. Elektron Təhlükəsizlik Mərkəzi Facebook-dakı virusları səbəbini araşdırmağa başladı.

 

BAKU.WS