VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



7 aprel tarxində "Gidromaşservis" QSC-nin nəzdində olan "Ronni Electronics" və "İndesit" mağazalar şəbəkəsinin təşkil etdiyi  "Uduşlu tiraj" kampaniyasının növbəti oyunu keçirilib.

"Gidromaşservis" QSC 25 ildən artıqdır ki, müxtəlif sahələrdə fəaliyyət göstərir. Bunlardan biri də, Məişət texnikasının topdan və pərakəndə satışını təşkil etməkdir. "Gidromaşservis" QSC "İndesit" brendinin Azərbaycan bazarında rəsmi distributorudur. Bundan əlavə Hotpoint-Ariston, Whirlpool markalarının topdan və pərakəndə satışını təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar, fevral, mart aylarında "Ronni Electronics" və "İndesit" mağazalar şəbəkəsindən İndesit, Hotpoint-Ariston, Whirlpool markalarının iri məişət texnikasını alan hər bir müştərisinə "Uduşlu Kuponlar" təqdim olunub.

Uduşlu kuponlarda İstanbula səyahət paketi, İndesit markalı soyuducu, paltaryuyan maşın, qaz peçi və digər məişət avadanlıqları oynanılacağı müştərilərə bildirilib.

Təqdimat mərasimi 7 aprel tarixində Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 37, ünvanında yerləşən "İndesit"  mağazasında keçirilib.
Oyun zamanı 20 kupon uduşlu elan olunub. "Uduşlu tiraj" oyununun tam şəffaf keçməsi üçün qutudan kupon çəkmək mağazaya gələn müştərilərə həvalə olunub.

Təqdimata gələn müştərilər "İndesit" markalı soyuducu, "İndesit" markalı paltaryuyan maşın, "Ronni" markalı qaz peçi və digər  müxtəlif növ məişət avadanlıqları qazanıblar. Mağazaya gələn çoxsaylı müştərilərini nəzərə alan şirkət heç bir müştərisini mağazadan əli boş yola salmayıb. Hər bir müştəri müxtəlif hədiyyələrlə mağazadan ayrılıb.

"Uduşlu tiraj" oyunu iki mərhələdən ibarət olub. Birinci turdan sonra qonaqlar 15 dəqiqəlik “İsveç" üslubunda şirniyyat və çay masasına dəvət olunublar.

Oyunda qalib olub hədiyyə qazanan, lakin üzrlü səbəblərdən gələ bilməyən müştərilərin ünvanına hədiyyələri göndərilib.

Qeyd edək ki, "Uduşlu tiraj" oyunu ilin hər rübünün ilk ayında keçirilməsi nəzərdə tutulub. "Ronni Electronics" və "İndesit" mağazalar şəbəkəsi növbəti oyunlarda daha çox hədiyyələrlə müştərilərini sevindirəcəyini vəd edib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS