Bakıda belə polislər də var - Video

03
apr
2018
11:26
Bakıda qayda pozuntusuna görə sürücünü saxlayan yol polisinin davranışı müzakirələrə səbəb olub.BAKU.WS-in Qafqazinfo-a istinadən verdiyi xəbərə görə, bu dəfə vətəndaşların fikirləri müsbət yönümlü olub. Belə ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Mirzəliyev Xəqani Müqabil oğlu “Stop” nişanına əməl etməyən sürücünü saxlayıb. X.Mirzəliyevin sürücü Kamal Allahevrdiyevə qanunverciliyin tələblərinə uyğun olaraq davranması, kifayət qədər təmkinli və intizamlı hərəkət etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən təqdir olunub. Hətta bir neçə şəxs serjantın mükafatlandırılması üçün yol polisi rəhbərliyinə müraciət edəcəklərini bildiriblər. Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Bakıda qayda pozan sürücünü cərimələyən yol polisi özü qanuna tabe olmadı (VİDEO)
Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb. BAKU.WS-in məlumatına görə, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasın...