SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti İlhamə Quliyeva ATV telekanalında yayımlanan "Ondan sonra” verilişinə açıqlama verib. 

BAKU.WS məlumat verir ki, müğənni anası Tükəzban İsmayılovanı tez-tez yuxuda gördüyünü deyib:

"Bütün üzüm, ayaqlarım şişdir. Daxili orqanlarımda problemlər var. Köməkçim mənə çoxlu dərmanlar verib. Onun nəticəsində bu gün xəstəxanadayam. Anam üçün çox darıxıram. Ana kəlməsi eşidəndə ağlayıram. Yuxuma tez-tez gəlir. Deyir, "İlhaməni həkimə apar, nəzarətsiz qoyma”. Nə məsləhət lazımdır verir. Həyatımda qəribə şeylər olur. Yuxuda anam mənə zəng edir, danışır. Kaş ki sağ olaydı”.

İ.Quliyeva mahnılarını sağ olduğu müddətdə heç kimə oxumağa icazə verməyəcəyini söyləyib:

"Mən olmayanda mahnılarımı kim istəsə oxuya bilər. Hələ ölmək fikrim yoxdur. Mən hələ nəvəmin toyunu edəcəm. O vaxta kimi yaşayacağam".

Qeyd edək ki, İ.Quliyevanın Ruslan adlı bir nəvəsi var.
 
BAKU.WS