Prezident İlham Əliyev Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif edilir.

Xatırladaq ki, sabah xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri Arif Babayevin 80 illik yubileyidir.

BAKU.WS