SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çinin Şandong körfəzi sahillərində, dənizin təxminən 2 kilometr altında bir qızıl ehtiyatı tapılıb.
 
BAKU.WS-in məlumatına görə, tapılan qızıl ehtiyatını təxminən 470 ton olduğu güman edilir. Çin Coğrafiya və Mədən Araşdırma İnstitutu tərəfindən açıqlanan məlumatlarda bildirilir ki, bu mədənin aşkar edilməsi üçün üç il vaxt sərf olunub.
 
Təxminən 1000 adamın qatıldığı araşdırmalar nəticəsində Sanşan adası yaxınlarında böyük qızıl rezervləri aşkarlanıb. Bu, Çində indiyə qədər olan ən böyük qızıl ehtiyatıdır. Araşdırmalarda üç il ərzində 120 kilometrlik bir sahə, 67 fərqli platforma qurularaq müşahidə edilib. 

Qızılı dənizin 2 min metr altından çıxara bilmək üçün fərqli texnikalardan istifadə edilib. Qızıl ehtiyyatının dəyərinin hazırki bazar qiyməti nəzərə alınmaqla təxminən 17 milyard dollara yaxınlaşacağı güman edilir. 
 
Şahin Həbibov
BAKU.WS