SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatı olan məşhur fransız deserti qrilyaj qovrulmuş çərəz və şəkərdən hazırlanır.


BAKU.WS 20 dəqiqə vaxt tələb edən və asan başa gələn konfetin reseptini sizinlə paylaşır:

6 xörək qaşığı küncüd (qovrulmuş)
6 xörək qaşığı şəkər tozu
2 desert qaşığı kərə yağı

İlk olaraq şəkər tozunu quru tavaya töküb karamelize (rəngi tündləşənə qədər) olana qədər dayanmadan qarışdırın. Küncüd və kərə yağını əlavə edib 1-2 dəqiqə qarışdırmağa davam edin. İsti qarışığı yağlı kağız sərilmiş düz səth üzərinə töküb kənarda qalan yağlı kağızla üstünü örtüb oxlovla hamarlaşdırın. Qrilyajin daha asan qırılması üçün tez üstündən bıçaqla düzbucaq ya da romb şəkli verin (bıçağı çox dərinə batırmamaq şərti ilə). Soyuyan qrilyajı ayrı-ayrı tikələrə kəsib və ya qıra bilərsiniz.

Nuş olsun!

BAKU.WS
Aysel Selcan