SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sobada olduğundan daha qısa müddətdə bişən tavada keks həm də vaxta qənaət edir.

BAKU.WS sizinlə tavada keksin reseptini bölüşür:

Məmulatlar:
2 yumurta 
7 xörək qaşığı şəkər tozu 
1 stəkan süd 
Yarım stəkan duru yağ
1 çay qaşığı rəndələnmiş portağal qabığı 
1 stəkan + 1 xörək qaşığı un
1,5 xörək qaşığı kakao
1 çay qaşığı qabartma tozu 
1 paket vanil 

İki qat alüminium folqa kağızı ilə keks bişirəcəyiniz ocağınızın üzərini və ətrafını bu folqa ilə bağlayın. İlk olaraq dərin bir qabın içərisində yumurta və şəkər tozunu yaxşıca çırpın. Ardından süd, yağ və portağal qabığını əlavə edib qarışdırın. Üzərinə vanil, kakao, un və qabartma tozunu əlavə edib maye bir xəmir əldə edənə qədər çırpmağa davam edin. Teflon tava və ya keramika tava istifadə edə bilərsiniz. Tavanı kərə yağı ilə yağlayın və yüngülcə unlayın. Keks xəmirini tavaya tökün, tavayı ocağa qoyun və zəif alovda tavanın qapağı bağlı olaraq bişirin. Ocağın böyük gözündə zəif odda bişirməyi unutmayın. Təxminən 35-40 dəqiqəyə bişən keksi tavada bir az dinləndirdikdən sonra arzu etdiyiniz kimi kremləyib bəzəyə bilərsiniz.
 
Nuş olsun!

Aysel Selcan
BAKU.WS