SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in bu gün efirə gedəcək buraxılışı 20 illik yubileyini qeyd edən “Azərçay”a həsr ediləcək.

BAKU.WS-in məlumatına görə, Leonid Yakuboviçin aparıcılığında efirə gedəcək “Pole Çudes” verilişinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov olacaq.

Rusiyanın "Birinci" kanalında Bakı vaxtı ilə saat 20:55-də başlayacaq verilişdə sürprizlərlə dolu maraqlı oyun olacaq. “Azərçay”la Beynəlxalq Çay Günündə məşhur şounu qaçırmayın. 

“Pole Çudes”in növbəti buraxılışında həm “Azərçay”ın tarixi və gələcək planları, həm də Azərbaycanın mədəniyyəti və tarixi barədə geniş məlumat veriləcək. Bütün izləyiciləri bu gün efirə gedəcək “Pole Çudes” verilişini izləməyə dəvət edirik.

Şahin
BAKU.WS