SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bütün dünyada qeyd edilən "Halloween" bayramı Azərbaycanda da keçirilib.
 
BAKU.WS-in məlumatına görə, Bakının prestijli otellərindən birində baş tutan bayramın fotoları böyük marağa səbəb olub. 
 
Cadugərlər bayramı olaraq da bilinən bayrama qatılanlar əsl qorxulu aura yaradıblar. Mqüxtəlif maskalar və geyimlər geyən insanlar əyləncəli gün keçiriblər.   
Qeyd edək ki, "Halloween" hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır. Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir.
 
Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrdində təntənəli şəkildə keçirilir.
 
BAKU.WS