VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən


Qurani Kərimin müqəddə kitab olmadığını deyən ilahiyyatçı Elşad Miri dediyi sözlərə aydınlıq gətirmək üçün yenidən açıqlama verib.

BAKU.WS-in məlumatına görə, Elşad Miri sözlərinin konteksdən çıxarıldığını və nəyi, nəyə görə dediyini çox gözəl bildiyini bildirib.

“Müqəddəs anlayışını insanlar vətən, ana, kitab və digər fərqli şeylər üçün istifadə edirlər. Hər kəsin anası müqəddəsdirsə, hər kəsin anası başqası üçün müqəddəs deyil. Hər kəsin anası onun atası üçün müqəddəs deyil. Yaxud da müqəddəs olan qadının onun əri üçün müqəddəs deyil. Qurani Kərimdə Allah müqəddəs kimi adlandırır. Quranda müqəddəs sözü hansı mənalarda keçir. Peyğəmbərimiz Qurana müqəddəs deyibmi? Bu kitaba müqəddəs deyib özümüzdən uzaqlaşdırırıqmı? Əvvəllər hicabın əleyhinə çıxan şəxslərə, dindarlara cavab verəcəm. Dediyim sözlərin arxasındayam. Nəyi, nəyə görə dediyimi çox gözəl bilirəm. Mənim dediyim sözləri konteksdən çıxarıblar”, - deyə Elşad Miri bildirib.

Daha əvvəl Elşad Miri bəyan etmişdi ki, Qurani Kərim müqəddəs kitab deyil.

O bildirmişdi ki, digər kitabları dəstəmazsız əlimizə alırıqsa, Quranı da götürmək olar.

“Müqəddəs kitab dediyiniz indi Tövratdır. Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”, - deyə Elşad Miri bildirib.

BAKU.WS