Ermənilər Qarabağda yallı gedib bayram keçirdilər (VİDEO)
Ötən gün dünya pravoslavları Pasxa bayramını qeyd edib.
BAKU.WS xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağda yaşayan ermənilər də bu bayramı keçiriblər. Özlərinin olmayan hər şeyi məharətlə oğurlamağı bacaran ermənilər mənimsədikləri Alban xristian kilsəsi qarşısında bayram şadyanalığı ediblər. Onlar bayramı kilsənin qarşısında rəqs edib yallı gedərək qeyd ediblər.
Qeyd edək ki, Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi müqəddə...