Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən gənc qadınla hüquq müdafiəçisi Şəfiqə Nağıyeva arasında qalmaqal yaşanıb.

BAKU.WS-in məlumatına görə, hüquqmüdafiəçisi uşağını internata vermək istəyən gənc ananı ifşa edib. Qadın həyat yoldaşının onu atdığını söyləsə də Şəfiqə Nağıyeva hadisənin başqa cür olduğunu deyib.

“Bu qızın qardaşı həbs olunub. Rusiyaya qardaşının arxasınca gediblər. Bir azərbaycanlı bunlara kömək edib, pul verib, aparıb evində saxlayıb. Bunun anası oğlanı yoldan çıxarıb. İçirdiblər. Qız hamilə qalıb. Oğlan məcbur olub, bu qızı saxlayıb”.

BAKU.WS