Çin və Avstriyadan olan alimlər qrupu ilk qitələrarası "teleportasiya" həyata keçiriblər.

BAKU.WS ICTnews-a istinadən xəbər verir ki, hələlik böyükölçülü obyektlərin daşınması müzakirə mövzusu deyil, amma elementar zərrəcikləri planetin müxtəlif hissələrinə ötürmək mümkün olub.

"Mo-Szı" adlı rabitə aparatı sayəsində alimlər "kvant interneti"ni reallaşdırmağa daha da yaxınlaşıblar. Kvant açarları peykdən Yer kürəsinə 1200 km məsafədə ötürülüb. Həmçinin planetin müxtəlif hissələrində yerləşən iki obyekti bir-biri ilə əlaqələndirmək mümkün olub.

Yeni həll yüksək sürətdən başqa xarici dövlətlər tərəfindən dinləməni mümkünsüz edir.

BAKU.WS