VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


 

İsveçli ssenarist Lisa Linda, görmə qüsurlu insanlar üçün pornoqrafik kitab nəşr edib.
 
BAKU.WS məlumat verir ki, İsveç Görmə Qüsurlular Federasiyası kitabın nəşrini xoş qarşılayıb. Federasiyanın başçısı Hakan Tomson kitabın nəşrinə münasibət bildirərkən deyib ki, hər kəs kimi gözdən əlillərin də cinsi həssaslıqları var:
 
"Düşünürəm ki, bəziləri bizim cinsəlliyimizin olmadığını hesab edirlər. Bu da doğru deyil. Gözdən əlillər də hər kəs kimi cinsəl olaraq həssasdırlar".

"Lago Blind" (Korkoranə) adlı kitabda görmə qüsurlu insanların barmaq ucları ilə toxunaraq hiss edə biləcəkləri müxtəlif pornoqrafik şəkillər yer alıb.

Yazar Lisa Linda Stokholmda görmə qüsurlu insanlar üçün olan kitabxananı ziyarət etdikdən sonra kitabı yazmaq qərarına gəldiyini deyib:
 
"Ziyarətim əsnasında kitabxanada görmə qüsurlular üçün heç bir pornoqrafik kitaba rast gəlmədim. Hər kəs kimi onların da cinsi xəbərdarlığa ehtiyacı var" deyə müəllif bildirib.
 
Ayşən Ayxan
BAKU.WS