VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Ömrün fəsilləri” verilişinin qonağı əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) olub.

BAKU.WS-in məlumatına görə, incəsənət xadimi ilk olaraq evliliyindən danışıb:

“Mən gec evlənmişəm. 33 yaşımda. Ailə qurmağımın da günahkarı rəhmətlik Ədil müəllim olub. Ədil müəllim sənət adamlarının əxlaqi tərəfinə diqqət yetirirdi. Qonaq qarşısına çıxarılası şəxsiyyət kimi təqdim edirdi. Bu işi də etibar elədi mənim böyük ağsaqqalım, böyük dostum Həsənağa Turabova. Mənim elçiliyimdə Həsənağa Turabov, Ceyhun Mirzəyev, Fərman Kərimzadə, Rasim Balayev, Kamil Rüstəmbəyov iştirak edib. Toyumda da özümüz çalıb, özümüz oynamışıq. Qız da mənim tələbəm idi. Dedim ki, qızım mən səni alıram, sən mənim həyat yoldaşım ol. Amma kinonu da bilirdi də azdan-çoxdan. Uzun illər keçib. Artıq nəvələrimiz var. Sən demə, yaxşı ailə, sənətdən də üstündür”.

Şeyx Əbdül daha sonra uşaqlarından söz açıb:

“Qaçaq Nəbini çəkəndə 2-ci uşağı gözləyirdik. Dedim oğlan olanda Nəbi adını qoyacam, qız olsa Həcər. Adı qoyulmuşdu. Böyüyü oğlan idi. Adı Babəkdir. Adını böyük qardaşım qoyub. Böyük qardaşımın ailəm üçün böyük zəhməti var.”

BAKU.WS