SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rus milyarderin nəvəsi yenə qalmaqala səbəb olacaq video çəkib.

BAKU.WS məlumat verir ki, Rusiyada tikinti sektoru oliqarxlarından olan milyarder İqor Nekladkonun 16 yaşlı nəvəsi Qrişa qalmaqala səbəb olub. Gənc oğlan həmişəkindən fərqli olaraq bu dəfə pulla insanlara istədiklərini etdirməyib. Qrişa özünü makler kimi təqdim edərək müştərilərə mənzil kirayələməyə çalışıb. 
 
Moskva sakinlərini mənzilə gətirən Qrişa daha sonra bir neçə dəqiqəlik mənzildən çıxıb və içəri OMON-lar daxil olub. Planlı şəkildə həyata keçirilən yalançı əməliyyat insanları xeyli qorxudub. Xüsusi təyinatlılar avtomatlarla içəri daxil olaraq müştərilərin yerə uzanmasını tələb edib. Çarəsiz qalan müştərilər isə əllərini başı üzərinə qaldıraraq OMON-ların dediklərini edib. 
 
Rusiyada böyük marağa səbəb olan görüntü Youtube-də iki gündə 400 min dəfə izlənilib.
 
BAKU.WS həmin videonu sizə təqdim edir:
 
ŞAHİN Həbibov
BAKU.WS