SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə qeyri-adi hadisə baş verib. 
 
BAKU.WS-in məlumatına görə, Antalya şəhərində avtobus sürücüləri narkotik maddə ilə bağlı testdən keçirilib. Testdən keçən O.C. adlı kişi sürücünün hamilə olduğu məlum olub. 

Sidik təhlilinin nəticəsinə əsasən, avtobus şoferinin hamilə olması hər kəsi heyrətləndirib. Analizin nəticəsinin yanlış olduğu güman edilir. Testlərin edildiyi xüsusi tibb mərkəzində qarışıqlıq ola biləcəyi istisna edilmir. Digər bir iddiaya görə, sürücü öz sidik nümunəsi əvəzinə qadın sidik nümunəsi təqdim edib. 

Bununla yanaşı, narkotik maddə ilə bağlı testdən keçən avtobus sürücülərindən təxminən 40-a yaxınında nəticələr müsbət çıxıb. Həmin sürücülərin bundan sonra avtobus sürə bilməyəcəkləri məlum olub. 
 
BAKU.WS