VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Henley & Partners” şirkətinin "İllik viza məhdudiyyəti indeks”ində (Visa Restrictions Index) Azərbaycan 74-cü yerdə qərarlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər.

Ölkəmiz bu siyahıda qonşu Ermənistan (78-ci yer) və İrandan (95-ci yer) irəlidədir. Gürcüstan 68-ci, Rusiya 51-ci və Türkiyə 52-ci yerdədir. 

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç qərarlaşıb (175 ölkə), 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka (174). 

Reytinqdə son yerləri (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkənin və ərazinin viza qaydalarını təhlil edir və vizasız səfər ölkələrinin sayına görə ayırır. 

Ölkənin mövqeyi, onun vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyənləşdirilir.