SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 4-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
ETSN-dən BAKU.WS-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı,  qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə  70-80 %, gündüz  45-55 %  təşkil edəcək.

 
Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq.
 
Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  
 
BAKU.WS