SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu günlərdə "Gülüstan” sarayında baş tutan toyda məşhur müğənnilər və xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış müğənnilər Aleksandr Serov, Soso Pavliaşvilinin də dəvət aldığı mərasimdə müğənni Emin Ağalarov da ifa edib.
 
Yerli məşhurlardan isə Xəyyam Nisanov və Abbas Bağırov toy mərasimində iştirak edib. Toydan olan fotoları məşhurlar öz instagram hesablarında paylaşıblar.

Qeyd edək ki, Gülüstan sarayı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir.
 
BAKU.WS