İlon Mask tərəfindən mikroçip qoyulmuş adam danışıb

İlon Maskın ilk dəfə beyninə çip yerləşdirdiyi adam "Neuralink"in fəaliyyəti barədə söz açıb. Çiyinlərdən aşağı hissəsi iflic olan Nolan çipləndikdən sonra nəinki kompüter idarə edə, həm də video oyunları oynaya bildiyini qeyd edib.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, başlanğıcında çipin səmərəliliyində zəifləmə olub. Ancaq daha sonra çipə müdaxilə edilib. Və bundan sonra o, öz funksiyalarını yerinə yetirib.
Bildirilib ki, gələcəkdə mühəndislər elektrodları çipə elə yerləşdirəcəklər ki, beyinlə cihaz arasında gərginlik olmayacaq. Həmçinin, əlaqələr daha dəqiq qurulacaq.
29 yaşlı Arbo qeyd edib ki, elektrodların ümumi olaraq 15 faizi da işləyir. Hazırda onun imkanları, işləmə prinsipi əvvəlkinə nisbətən daha yaxşıdır.
Daha əvvəl bəzi elektrodların beyindən uzaqlaşmasına baxmayaraq, Neuralink cihazının effektivliyi artıb
Qeyd edək ki, o, çip qoyulan ilk adamdır.
Oxşar xəbərlər
İlon Maskın Bakı Konqresində onlayn çıxışına 40 milyondan çox baxış olub
74-cü Beynəlxalq Astronavtika Konqresinin gündəliyi zəngin oldu. Beş gün ərzində 423 interaktiv təqdimat, 168 texniki, 7 plenar sessiya və 20 qlobal netvörkinq...
