SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycana ova gələn ərəblər etdikləri addımlarla yenidən maraq dairəsinə düşüb. 
 
BAKU.WS-in məlumatına görə, adətən ölkəmizə səfər edən ərəb şeyxləri bahalı avtomobilləri icarəyə götürür və VİP xidmətlərdən yararlanır. 
 
Ancaq bu dəfə ərəblər başqa bir üsula əl atıb. Ərəb turistlər Birləşmiş Ərəb Əmirliyindən gətirilən 6 təkərli "Gelandewagen"lə Saatlıda ov edib. 
 
Sosial şəbəkədə yayılan şəkildə avtomobilin nömrəsi açıq-aydın görünür. Ölkəmizə qrup şəklində gələn ərəblər bahalı avtomobilləri ilə yanaşı, ov quşlarını, xidmətçilərini də özləri ilə gətirir. 
 
BAKU.WS