SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudovun nadir görüntüləri ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, təkcə Azərbaycanda deyil, bütün MDB ölkələrində sevilən müğənninin nadir görüntülərini tədqiqatçı Füzuli Sabiroğlu paylaşıb.
 
Həmin görüntülərdə müğənninin gənc istedadlarla məşqi əks olunub. Azərbaycan Dövlət Mahnı Teatrının qurucusu Rəşid Behbudov ömrünün son anlarına kimi teatrın solisti və bədii rəhbəri kimi fəaliyyət göstərir. 
 
Təqdim edəcəyimiz kadrlar müğənninin ömrünün son anlarından bir hissədir. 
 
Qeyd edək ki, dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. 

BAKU.WS