VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

2017-ci ilin yanvar ayında Rusiyanın 18 milyarderinin birgə sərvəti 7,9 mlrd. dollar artıb.
 
BAKU.WS "APA-Economics” xəbər verir ki, bu barədə "Blooomberg” agentliyi məlumat yayıb. Agentliyin ekspertlərinin hesablamalarına əsasən, yanvar ayı ərzində kapitalını daha çox artıran "UC Rusal” şirkətinin sahibi Oleq Derpipaska olub. O, ötən ay ərzində kapitalını 1,7 mlrd. dollar artıra bilib. Başqa sözlə, bir ay əvvəl 6,1 mlrd. dollarlıq sərvəti olan O.Deripaskanın sahib olduğu aktivlərin dəyəri indi 7,8 mlrd. dollar təşkil edir.
 
Maqnitorsk metallurgiya kombinatının əsas sahibi Viktor Raşnikov bir ay ərzində 1,1 mlrd. dollar məbləğində varlanıb.
 
Siyahıda üçüncü yerdə Novolipetsk Metallurgiya Kombinatının (NLMK) səhmlərinin 84%-nin sahibi olan NLMK-nın direktorlar şurasının rəhbəri Vladimir Lisin qərarlaşıb. O, bir ay ərzində sərvətini 941,5 mln. dollar artıra bilib.
 
"Evroxim” (EuroChem Group AG) şirkətinin əsas sahibi Andrey Melniçenko sərvətini 898,5 mln. dollar, "USM Holdings”in təsisçisi Əlişer Usmanov 875 mln. dollar, "Renovo” şirkətlər qrupunun rəhbəri Viktor Vekselberq 697,7 mln. dollar, "ONEKSİM” şirkətlər qrupunun sahibi Mixail Proxorov isə 633,7 mln. dollar artırmağa nail olub.
 
Bundan başqa, Rusiyanın 9 milyarderi də öz kapitallarında artıra bilib. Belə ki, Aleksey Mordaşov sərvətini 437,56 mln. dollar, Mixail Fridman 317,1 mln. dollar, Roman Abramoviç 254,3 mln. dollar, German Xan 218,4 mln. dollar, Qennadiy Timçenko 183,6 mln. dollar, Aleksey Kuzmiçev 162,8 mln. dollar, Dmitriy Rıbolovlev 97,1 mln. dollar, Vahid Ələkbərov 48,6 mln. dollar və Leonid Mixelson 9,1 mln. dollar  artırmağa müvəffəq olub.
 
BAKU.WS