VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bürc həvəskarları bu ilin ikinci ayı üçün nələrin olacağı barədə proqnozları səbrsizliklə gözləyirlər.

Rusiyalı alimlərin bildirdiyinə görə, fevralın 5-də Merkuri mehriban Dolça bürcünə keçir. BuU səbəbdən də, ünsiyyət qurmaq asanlaşacaq. Ayın ortaları gərgin keçəcək. İrəli getməmək, təmkin göstərmək vacibdir.

Qoç bürcü

Fevralın əvvəlində yaxınlarınız əvəzsiz köməklik göstərəcək. Onların məsləhətlərinə qulaq asın. Fevralın ortalarında nəyisə planlaşdırmaq çətin olacaq. Fövqəladə hallar bir-birinin ardınca baş verəcək. Emosional hərəkətlərdən çəkinin.

Buğa bürcü

Fevralın ilk yarısı hər şey üçün gözəl vaxtdır. Təsir dairənizi genişləndirin, təşəbbüs göstərin. Hər şeyin öhdəsindən gələ bilərsiniz. Ayın ortalarından etibarən yarımçıq işlərlə məşğul olmalı, yaxınlarınızla çox ünsiyyət qurmalı olacaqsınız.

Əkizlər bürcü

Qənaət etmək zərər verməyəcək. Ayın əvvəlində kifayət qədər pulunuz olmaya bilər. Ehtiyatlı olun və hələlik mühüm layihələri üzərinizə götürməməyə çalışın. Ancaq ay müsbət yekunlaşacaq və böyük sevinc yaşaya bilərsiz.

Xərçəng bürcü

Fevralın əvvəli asan ünsiyyət vaxtıdır. İstənilən kollektivdə tədbirlər uğurlu olacaq. İndi əsas odur ki, riskə getməyin. Xüsusən də maliyyə məsələlərində ehtiyatlı olun. Fevralın sonunda işdə mövqelərinizi möhkəmləndirmək üçün yaxşı imkanlar yaranacaq.

Şir bürcü

Gündəlik məsələləri həll edin. Sağlamlığınızın qeydinə qalın. Yaxın gələcək üçün planlarınızı yenidən nəzərdən keçirin. Daha cəsarətli hərəkət edin. Əvvəllər qorxuya səbəb olan bir şey sizin üçün adi görünəcək. Hər şeyi öz xeyrinizə həll etmək üçün lazımi resurslarınız var.

Qız bürcü

Fevral dinamik olacaq. Bu dövrdə nizam-intizam və məsuliyyət sizin əsas müttəfiqlərinizdir. Vəziyyət sizi alışdığınızdan fərqli hərəkət etməyə məcbur edə bilər. Tez prosesə qoşulmağa çalışın.

Tərəzi bürcü

Köhnə layihələri canlandırın. Tanışlıqları yeniləyin. İndi bu, çox perspektivli və faydalı olacaq. Ayın ikinci yarısında sevgi macəralarından və riskli investisiyalardan çəkinin. Fırıldaqçıların qurbanı ola və külli miqdarda məbləğ itirə bilərsiniz.

Əqrəb bürcü

Daha çox təlaş olacaq. Amma çəkdiyiniz səyin nəticəsi sizi sevindirəcək. Ayın ortasında məişət problemləri, mübahisəli ailə məsələlərinin həlli gözlənilir. Ayın sonunda istirahət, xoş ünsiyyət və romantik həftə sonu üçün vaxt olacaq.

Oxatan bürcü

Ayın ilk yarısı ailə və yaxınlarınıza kömək etməklə məşğul olacaqsız. İqtisadi məsələləri həll etməyə məcbur olacaqdız. Narahat olmayın, ayın ortalarında ehtiyatlılıq tələb olunacaq. Fevralın sonu sizi xoş hadisələrlə sevindirəcək və qazanc vəd edəcək.

Oğlaq bürcü

Sevgi macəraları sizdən yan keçməyəcək. Fevralın əvvəli romantik cəbhədə qələbələr vəd edir. Biznesdə də rahat olun. Gözlənilməz məlumatlar size sevindirəcək.

Dolça bürcü

Ayın ləng başlaması hadisələrin təlaşı və artan gərginliklə əvəzlənəcək. Doğru variantı və düzgün istiqaməti seçmək asan olmayacaq. Yalnız fevralın sonunda hava sakitləşəcək. Yaxınlarınızla xoş ünsiyyət üçün bol vaxtınız olacaq.

Balıqlar bürcü

Ayın əvvəli qeyri-adi və maraqlı vaxtdır. Yeni işlərə qarışmaq, sizin üçün qeyri-adi bir şeyə yiyələnmək üçün fürsət yaranacaq. Bu, yaradıcılıq, kollektiv tədbirlər və təcrübələr dövrüdür. Bu dövrün layihələri sizi yeni, daha yüksək səviyyəyə aparacaq.

Cavid Babayev
BAKU.WS