055 213 76 73
BAKU.WS xəbər verir ki, Naz bu gün onun keçmiş nişanlısı Baha Selenbaş tərəfindən döyülməsi haqqında xəbər yazan azərbaycan saytlarını yalan xəbər yazmaqda ittiham edib. O döyülmədiyini, Bahanın isə öz istəyi ilə verilişi tərk etdiyini bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin Kanal D telekanalında yayımlanan "Renkli sayfalar" verilişində "Zuhal Topalla izdivac" evlilik proqramında efirdən sonra dava düşdüyü haqqında xəbər yayımlayıb. Bildirilib ki, Nazın eks nişanlısı Baha onun azərbaycanlı model Əli ilə münasibətlərini qısqanaraq gənc qıza hücum edib.
Naz yalnız təhlükəsizlik xidməti əməkdaşlarının yardımı ilə canını keçmiş nişanlısından qurtarsa da davaya digər bəy namizədlərin də müdaxiləsi insidenti daha da böyüdüb.
Aynur Ələkbərova
BAKU.WS