SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı gəlin namizdə Naz Mila daha bir qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, bu dəfə Naz azərbaycanlı model Əli Əkbərlə birlikdə olmasına baxmayaraq eks sevgilisi Bahanın ona hədiyyə etdiyi boyunbağını taxaraq verilişə gəlib. Bu fürsəti əldən verməyən türk bəy namizəd Nazın onun unutmadığını və onun hədiyyəsini hələ də taxdığını bildirib.
 
Bahanın davranışları və kinayəli sözləri Nazı özündən çıxarıb. O, boyunbağını Baha Selenbaşa geri qaytarıb. Naza elçi düşən azərbaycanlı model Əli Bahaya etiraz edərək, onu araya qalmaqal salmaqda ittiham edib.

Naz isə boyunbağını qəsdən taxmadığını sadəcə gecikdiyindən dolayı təsadüfən taxdığını söyləyərək özünə haqq qazandırmağa çalışıb.

Verilişdə baş verənlərdən bəhs edən görüntüləri sizə təqdim edirik:
 
Aynur Ələkbərova 
BAKU.WS