SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Arif Məlikovun "Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.
 
BAKU.WS  azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgibi izləyiblər.
 
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından danışıb. Bildirilib ki, onun balet, simfoniya, oratoriya və digər janrlarda yazdığı əsərlər bu gün sevilə-sevilə dinlənilir.

Bəstəkarın təqdimatı keçirilən 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı” dövlət başçısının dəstəyi sayəsində ərsəyə gəlib.
 
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun "Vətən” vokal-simfonik poeması və "Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri xalq artisti Rauf Abdullayev idarə edib.
 
Aysel.Ş
BAKU.WS