SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - "Bakutel-2016” ilə tanış olub.


BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, ölkə başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.


Daha sonra prezident İlham Əliyev və xanımı sərgi iştirakçıları ilə "selfie” çəkdirib.

 

BAKU.WS