055 213 76 73
Saçların elektriklənməsi ilə bir çox xanımlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir. Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılmasıdır. Üstəlik, saçlara düzgün olmayan qulluq da elektirklənmə yaradır.
Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün BAKU.WS-in aşağıda təqdim etdiyi məsləhətlərdən faydalana bilərsiniz:
— Mənzilin isitmə sistemi işləyirsə, otaqların havasını dəyişin. Bu, saçların və dərinin qurumasının qarşısını alacaq.
— Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.
— Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş su ilə yaxalayın.
— Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq qurudur ki, nəticədə bu da elektriklənməyə səbəb olur.
— Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.
— Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.
— Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və ilıq halda saçlara çəkilir. Saçınızı "plyonka”, sonra isə dəsmalla bürüyün və 30 dəqiqədən sonra yaxşı yuyun.
— Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 litrdən az olmayaraq təmiz su için.
— Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin.
Aysel.Ş
BAKU.WS