Bundan sonra kişilərə uşaqlığın transplantasiyası həyata keçiriləcək və onlar xüsusi preparatlar qəbul etməli olacaqlar

BAKU.WS xəbər verir ki, alimlər hesab edirlər ki, 5-10 ilə kişi cinsindən olan insanlar da uşaq dünyaya gətirə biləcəklər. Mütəxəssislərin qeydinə görə, tibb elə səviyyədə sürətlə inkişaf edir ki, kişilər yaxın zamanlarda qadınların iştirakı olmadan uşaq dünyaya gətirə biləcəklər.

"Əlbəttə, bunun üçün əvvəlcə güclü cinsin nümayəndələrinin uşaq dünyaya gətirmək üçün istəkləri olmalıdır. Bundan sonra kişilərə uşaqlığın transplantasiyası həyata keçiriləcək və onlar xüsusi preparatlar qəbul etməli olacaqlar" — deyə bu eksperiment üzərində işləyən avstraliyalı alimlər qrupu bildirib.

Onların sözlərinə görə, kişilər transplantasiya edilmiş uşaqlığa yerləşdirilmiş embrionu 9 ay müddətində daşıya və tibbi müdaxilə nəticəsində dünyaya gətirə biləcəklər. Əlbəttə, bu, tibb elmində əsl inqilab olacaq. Lakin hələlik alimlər bir sıra sualları cavabsız qoyublar. Məsələn, onlar izah etməyiblər ki, kişilərin uşaq doğmasını təmin etmək üzərində baş sındırmaq onların nəyinə lazımdır.
 
İlyas Quliyev
BAKU.WS