SİZİN REKLAM BURADA!
055 213 76 73


Dolunay (Bədrlənmiş ay) astrologiyada önəmli təbiət hadisələrindən biri hesab edilir. Bu zaman daxili kimliyinizi təmsil edən Ay ilə xarici mənliyinizi təmsil edən Günəş arasında əks bucaq yaranır və vacib enerji təsiri formalaşır. Bu vəziyyət daxili qarışıqlığın ortaya çıxmasına gətirib çıxarır. 

Astroloqların fikrincə iyulun 3-dən başlayıb 13-nə qədər davam edəcək olan dolunayın bürclərə xüsusi təsirləri olacaq.

BAKU.WS bədrlənmiş ay hadisəsinin təsir etdiyi 3 bürcü sizlərə təqdim edir:

Əkizlər 

Günəş dönüşünüz davam edir. Bu da sizə özünə inanmağı və daha yaxşı insan olmağı xatırladır. Lakin oxatan bürcündəki dolunay diqqətinizi şəxsi münasibətinizə çəkir. Əgər sevgi, dostluq və ya iş münasibətlərinizdə əlaqələriniz zəifdirsə, bu zaman dolunay bardağı daşıran son damla ola bilər. Ani qərarlar qəbul etməyə hazır olun. Əgər siz və partneriniz bir-birinizə güclü əlaqələrlə bağlanmısınızsa, bu zaman bütün sınaqlardan üzü ağ çıxacaqsınız. 

Qız

Karyeranızda uğur qazanmaq üçün çox çalışırsınız. Lakin işlərə başınızı qarışdırıb şəxsi həyatınıza fokuslanmaqdan yayınırsınız. Unutmayın ki, oyunu qazanmaq həyatdakı ən vacib şey deyil. Adresinizdən məmnun deyilsinizsə və ya ailə üzvlərinizlə yola getmirsinizsə, dolunay sizə yeniliklər üçün ilham verəcək. 

Oxatan

Bu möhtəşəm və görkəmli dolunay tamamilə sizə həsr olunub. Şounun ulduzu sizsiniz, hər kəs sizi izləyir. Keçmişdə xətalar etmiş ola bilərsiniz, unutmayın ki siz artıq o siz deyilsiniz. Dolunay tamamlanma və dəyişim anı olduğu üçün həyatınızın mənasını kəsb edəcək hadisənin yaşanmasına hazırlaşın. 

BAKU.WS