VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yol polisi əməkdaşı yaşlı qadının yolu keçməsinə kömək edib.
 
Bununla bağlı videonu Avtosfer.az-a oxuculardan biri göndərib. Oxucu bildirir ki, yaşlı qadın «5 mərtəbə» adlanan ərazidə keçiddən keçə bilməyib. O, yaşlı olduğu üçün pilləkənləri düşüb-qalxa bilmədiyini deyərək inspektordan yola keçməkdə kömək istəyib. Raqif adlı inspektor isə işarə verərək yolda hərəkətdə olan avtomobilləri saxlayaraq qadının əlindən tutub və yolu keçirib. Bunu görən bir neçə piyada da yol polisi əməkdaşının köməyi ilə yolu keçə bilib.

Qeyd edək ki, həmin ərazidə piyada keçidi olsa da, Azərbaycan prospektinin baş tərəfindəki keçiddən yolun o biri tərəfinə keçmək üçün yeraltı keçidi tam olaraq gəzib təxminən 200 metr məsafə qət etmək lazım gəlir. Üstəlik, keçiddə ticarət obyektləri olduğu üçün burada hərəkət çətin olur. Bu səbəbdən də piyadaların əksəriyyəti yolu bu videodakı kimi məhz həmin nöqtədən keçirlər. Bura isə yolayrıcıdır və bəzən piyadaların həyatına təhlükə yaranır.

Ümid edirik ki, aidiyyatı qurumlar bu ərazidə keçid problemini həll edərək yolun bu tərəfindən o biri tərəfinə keçmək istəyən piyadaların «5 mərtəbə» dairəsinin altındakı tuneli tam olaraq gəzməyə məcbur qalmaq bəlasından xilas edəcəklər…
 
BAKU.WS