Bu ilin ilk Ay tutulması başlayıb

Bu ilin ilk Ay tutulması başlayıb
Şou-biznes 45

Bu ilin ilk Ay tutulması başlayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayıb və saat 23:31:40-da sona çatacaq.

Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq.

Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Qeyd edək ki, ikinci Ay tutulması isə oktyabrın 28-də baş verəcək.

Oxşar xəbərlər

Gələn ilin Ay və Günəş tutulmalarının vaxtı məlum olub

Gələn ilin Ay və Günəş tutulmalarının vaxtı məlum olub

2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək. BAKU.WS xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olar...

103 Şou-biznes 18:56 21 dekabr 2021

Son xəbərlər