SİZİN REKLAM BURADA!
055 213 76 73



Təsəvvür edin ki, bir yaxtın içində düz 2 helikopter üçün meydança və anqar, sualtı qayıq üçün anqar, bir neçə hovuz, 15 lüks otaq, gecə klubu, kinozal, kitabxana, SPA, idman zalı, cakkuzi var.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət dünyada olan ən uzun "Serena” adlı yaxtdan gedir. Bu yaxt dünənə qədər rusiyalı iş adamı, spirtli içki maqnatı Yuri Şeflerə məxsus idi. Artıq yaxtın yeni sahibi ərəb şexi Muhəmməd ibn Salman al-Sauddur. O, yaxtı 400 milyon dollara alıb. 

Qeyd edək ki, təxminən 2 il öncə Bill Qeyts sözügedən yaxtı ailəsi ilə birlikdə istirahət etmək üçün bir həftəlik icarəyə götürüb. O, buna görə, 5 milyon dollar ödəyib.

Aysel.Ş
BAKU.WS