Türkiyədə keçiriləcək "Böyük 20-lik ölkələri"nin zirvə toplantısına qatılan Səudiyyə Ərəbistan kralı Salman İbn Əbdüləziz Antalyadakı "Mardan Palace"ı bağlatdırıb.
 
BAKU.WS məlumat verir ki, 1000 nəfərlik heyəti ilə gələn kralın oteli 18 günlük 18 milyon dollara bağlatdırdığı bildirilir. Kralın gəlişinə görə otel heyətinə xüsusi təlimlər keçirilir. İşçi heyəti 18 gün müddətində bütövlükdə kralın xidmətində olacaq. 
 
Qeyd edək ki, keçən il Səudiyyə kralı 700 nəfərlik heyəti ilə "Cote d'Azur" bölgəsində istirahət etmək üçün Fransaya səfəri zamanı da təhlukəsizlik tədbirləri üçün çimərliyi bağlatdırmışdı. Lakin, Fransa vətəndaşlarının sərt reaksiyası və çox saylı şikayətlərindən sonra çimərlik vətəndaşların istifadəsinə verilmişdi. 
 
BAKU.WS