SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Novruz bayramı qeyd olunub.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir pavilyonun rəhbərliyi tərəfindən təşkil olunub.

Qonaqlara Azərbaycanda Novruz bayramının keçirilməsi ənənələri barədə məlumat verilib.

Təşkilatçılar ənənəvi bayram şirniyyatlarının bəzədilməsi və Azərbaycanın xalq rəqsləri üzrə ustad dərsləri keçiriblər.

Qonaqlar üçün yerli və beynəlxalq rəqs müsabiqələrinin qaliblərinin ifasında rəqs proqramı təşkil olunub.

BAKU.WS
QALEREYA